Yaşayış binaları ilə bağlı yeni QADAĞALAR

12:34 13.12.2021
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yaşayış binaları ilə bağlı yeni qaydalar müəyyən olunur.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda deyilir.

Belə ki, damda radiorele dirəklərinin və qüllələrinin quraşdırılması qadağan edilir.

Azərbaycanda yaşayış binalarının damında verlişlərin kollektiv qəbulu üçün televiziya anteni və radio verilişi şəbəkə dirəyinin quraşdırılması nəzərdə tutulmalıdır.