Yaşayış binasında yanğın olub - sakinlər təxliyə edilib

13:28 11.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü, 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri 20 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.