Yataqxanada yanğından zəhərlənənlərin SON DURUMU

17:11 02.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində baş verən yanğın hadisəsi ilə əlaqədar 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.

Qeyd edilib ki, 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxsə hipertenziya səbəbilə yerində yardım göstərilib. 2005-ci il təvəllüdlü (kişi cinsli) şəxs isə tüstüdən boğulma səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi dəhlizin divarları qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər tüstülənmiş sahələrdən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.