Yaxın 10 ildə Azərbaycan diasporası  güclü təşkilata çeviriləcək – Partiya sədri

16:35 19.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi  çox təqdirə layiq bir haldır. Bu bir daha dünya ictimaiyətinə və beynəlxalq aləmə Qarabağın Azərbaycan Respublikasının əzəli torpaqları olduğunun nümayiş etdirəcək.

Bunu hafta.az-a AKP sədri Rauf Qurbanov Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.  

Onun sözlərinə görə, növbəti Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi, qurultayda müzakirə olunan və qəbul edilən qərarlar xaricdə yaşayan həmyerlilərimizin birliyinin möhkəmlənməsinə, təşkilatı işlərin nizama düşməsinə öz müsbət təsirini göstərəcəkdir.

Siyasət rubrikasından digər xəbərlər