Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq - Əhməd İsmayılov

11:42 12.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq”.

 

Hafta.az-ın xəbərinə görə, bu haqda Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

 

O qeyd edib ki, MEDİA peşəkarlığın artırılması üçün fəaliyyətini davam etdirir:

 

"Bunun üçün jurnalistlərə təlimlər təşkil edilir. İlin sonuna qədər bu təlimlər daha da gücləndiriləcək. Çalışırıq ki, islahatlarımız hər bir sahə üzrə davamlı olsun”.

 

İcraçı direktor media subyektlərində monitorinqlərin aparılması məsələsinə də toxunub:

 

“Təkzib vermə, cavab vermə qaydaları burada əsas amildir. Monitorinq üçün Mətbuat Şurası ilə birlikdə iş aparacağıq".