Yəhudilərin soyqırımına verilən qərardan 80 il ötür

11:15 21.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Düz 80 il əvvəl bu günlərdə Almaniyadan yayılan misli-bərabəri olmayan bir dəhşət rəsmiləşdi - 1942-ci il yanvarın 20-də keçirilən “Vanze konfransı”nda nasist funksionerlər və faşist Reyx hökumətinin məmurları Avropa yəhudilərini qətlə yetirmək haqda qərar verdilər.

Hafta.az-ın yazdığına görə, bu barədə Almaniyanın ölkəmizdəki Səfirliyinin sosial paylaşımında qeyd edilir. Bildirilir ki, məsuliyyətin bir çox rəhbərlər arasında bölüşdürüldüyü bürokratik soyuqqanlılıq hər kəsi şoka salır.

"Nəticədə SS əlaltıları, polis məmurları, inzibati heyət, hətta ölüm düşərgələrinə qatarı idarə edən dəmiryolçular və hər cür diqər işçilər bu qəddar qərarları verənlərin arxasında gizləndilər. Məhv fərmanı insanların digərlərinə nə edə bilmə anlayışını sözün əsl mənasında yerlə bir etdi. İnsan həyatının, insan ləyaqətinin və hüququn dəyəri itəndə, həqiqətən də, dərin uçurum açılır. Səkkiz onillikdən sonra biz geriyə boylandıqda, almanların özlərinə və alman millətinə yüklədikləri silinməz günahlara baxaraq bundan təvazökarlıqla sülh, insanlıq və qanunun aliliyi naminə işləmək ruhu alırıq", - paylaşımda qeyd olunur.

Oxunma sayı 711
Siyasət rubrikasından digər xəbərlər