Yeni doğulmuş körpənin cəsədini ZİBİL QUTUSUNA ATDILAR

15:52 01.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulun Beşiktaş rayonunda kanalizasiya işçiləri zibil qabında yeni doğulmuş körpənin cəsədini aşkar ediblər. Müayinə zamanı məlum olub ki, körpənin bədənində yanıq izləri var.

Hafta.az-ın yazdığına görə, məlumatdan sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Körpənin öldüyü məlum olub, meyit Məhkəmə Tibb İnstitutuna göndərilib.

Asayiş Şöbə Müdirliyi Cinayət Bürosu və Beşiktaş rayon təhlükəsizlik idarəsinin qrupları qısa müddətdə körpəni zibil qutusuna atan şəxsin 39 yaşlı E.A olduğunu müəyyən edib. Üç uşaq anası nəzarətə alınaraq polis bölməsinə aparılıb.

İstintaq müəyyən edib ki, E.A. körpəni özü dünyaya gətirib, sonra meyiti qutuda zibil qabına atıb. Daha sonra şübhəlinin supermarketə gedərək alış-veriş etdiyi öyrənilib. Polis ananın doğuş zamanı istifadə etdiyi qayçının körpəyə zərər vurması, onun ölümünə səbəb olması ehtimalını araşdırır.