Yeni kəşf: Zebra balıqları bir-birinin qorxusunu hiss edirlər

11:05 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndiyədək aparılan bir çox araşdırma balıqların emosional sıxıntı yaşaya biləcəyini göstərib. Yeni araşdırma balıqların mürəkkəb daxili aləmləri haqqında yeni anlayışlar təmin edib.

Hafta.az-ın yazdığına görə, “Science” elmi jurnalında dərc edilən zebra balığı üzərində aparılan araşdırmalar, bu dəniz canlıları arasında qorxunun “yoluxucu” olduğunu ortaya qoyub. Başqa sözlə desək, zebra balığı bir-birinin qorxusunu hiss edə və sanki özləri kimi reaksiya verə bilər. Hətta oksitosin hormonu məhz bundan məsuldur.

Oksitosin insanlarda və digər məməlilərdə hər cür emosional reaksiyalara vasitəçilik etdiyi sübut edilmiş mühüm kimyəvi xəbərçidir. Buna görə də balıqlarda böyük rol oynadığını görmək təkamül tarixini anlamaq üçün də son dərəcə əhəmiyyətlidir.

ABŞ-ın Texas Universitetinin neyrobioloqu Hans Hofmann və həmkarları tənlikdən oksitosini çıxardıqları zaman zebra balığında empatik reaksiyanın da böyük ölçüdə aradan qaldırıldığını aşkar ediblər.

Təcrübədə fərqli çənlərdə saxlanılan bir sıra zebra balığına qorxuya səbəb olduğu bilinən kimyəvi maddələr verilib. Nəticədə kimyəvi maddə verilə bilməyən digər çənlərdəki balıqlarda belə qorxu davranışları müşahidə edilib.

Eyni təcrübə, oksitosin hormonu istehsal etmək qabiliyyəti olmayan geni dəyişdirilmiş balıqlarla da aparılıb. Bu balıqların başqalarının qorxularına reaksiya səviyyəsi yarıya qədər azalıb. Tədqiqatçılar daha sonra bəzi "mutant" balıqlara oksitosini tətbiq etməyə çalışdılar. Nəticədə balıqların reaksiyalarının dəyişdiyi və təbii versiyalarına daha çox bənzədiyi görülüb.

Oksitosinin, insanlarda olduğu kimi, balıqların emosional reaksiyalarında böyük rol oynaması, empatiyanın əvvəllər düşünüldüyündən daha uzun bir təkamül tarixinə malik ola biləcəyini göstərir.

Tədqiqatçıların fikrincə, empatiya qurma qabiliyyəti 375 milyon il əvvələ, hətta balıq və insanlar arasında son ortaq əcdad mövcud olmamışdan əvvələ gedib çıxır. "Bu, insan olmağın əslində nə demək olduğuna dair suallar doğurur" deyib Hofmann: “Balıqlar həm də emosional dünyaya sahib olmaq qabiliyyətinə malikdirlər”.

Oxunma sayı 201