Yevlaxda zəlzələ olub

09:21 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax rayonu ərazisində saat 05:05-də Mingəçevir stansiyasından 6 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Bu barədə hafta.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Qeyd olunub ki, maqnitudası 3,3, dərinliyi isə 26 km olan yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.