ABŞ-da bir qadın evindəki yolka ağacında gizlənən bir sıçanı görüb şoka düşüb.
Hafta.az-ın “Today”a istinadən yazdığına görə, Texasın Dallas Fort Worth bölgəsində yaşayan Brett İnqram noyabrın 29-da TikTok hesabında paylaşdığı videoda ağacda gizlənən opossumu görəndə "qorxduğunu" söyləyib.
İnqram bildirib ki, evə çatanda asqırma səsi eşidib və ətrafa baxmağa başlayıb. Evində çoxlu heyvan olduğunu deyən və səsin onlardan gəldiyini düşünən 29 yaşlı qadın asqırmanı yenidən eşidəndə ağacda heyvan olduğunu anlayıb.
"Ağaca baxdım və həqiqətən uzun, böyük quyruğu gördüm. Diqqətlə baxanda gördüm ki, budaqlarda yetkin bir opossum gizlənib", - İnqram deyib.
Texaslı qadın vəhşi təbiət mütəxəssisi ilə görüşdüyünü və onun məsləhəti ilə əlcək geyinərək heyvanı budaqlardan düşürdüyünü bildirib. Lakin bu an opossum qadının əlindən qaçaraq oturacaqların altında gizlənib. Buna baxmayaraq qadın nəhayət, heyvanı oturacaqların altından çıxararaq vəhşi təbiətə buraxıb.
Evində xilas edilmiş üç it, bir pişik, iki piton və bir saqqallı kələz saxlayan İnqram, bir anda opossumla danışmağa başladığını söyləyib. "Mən ona necə pis iy gəldiyini söylədim. Bu barədə danışdıq və sonra onu çıxarıb yola saldım. Opossum hekayəsinin sonu belə oldu", - qadın deyib.