“Youtube” “Rostex”in səhifəsini bloklayıb

09:21 07.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Youtube” videoplatforması Rusiyanın “Rostex” korporasiyasının səhifəsini bloklayıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə İnterfax agentliyi məlumat yayıb.

Korporasiya bildirib ki, bu gündən etibarən “Youtube”dakı bütün məlumatlar Rusiyanın “Rutube” platformasına köçürüləcək.

“Rostex”in “Youtube”da 45 mindən çox izləyicisi var. Korporasiya Ukrayna münaqişəsinə görə ABŞ-ın sanksiya siyahısına düşüb.

Oxunma sayı 123