Yazını böyüt
Yazını kiçilt
“Ulu öndər tarixi bir şəxsiyyətdir. Müasir Azərbaycan dövlətinin qurulmasında onun müstəsna xidmətləri var. O, Azərbaycanın gedəcəyi strateji yolu müəyyən edib, Azərbaycanı bu yolda apara biləcək bir siyasi məktəb formalaşdırıb”.
Bunu hafta.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsinin əhəmiyyətini qeyd edərkən bildirib.
A.Mirzəzadə bu gün hər bir kəsin indiki Azərbaycanın uğurlarına görə qəlbində ulu öndər Heydər Əliyevə minnətdar olduğunu bildirib.
“O həmişə bizimlədir. Və ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar yumbley medalnın təsis edilməsi onun xidmətlərinə verilən böyük bir qiymətdir”.