Yazını böyüt
Yazını kiçilt
Hindistanın Cammu və Kəşmir bölgəsindəki Kathua qatar stansiyasında maşinistinin əl əyləcini çəkməyi unudan yük qatarı Pəncab əyalətinə doğru təxminən 80 kilometr qət edib.
Hafta.az-ın “The Indian Express”ə istinadən yazdığına görə, Pəncaba doğru yola düşmək üçün Kathuadakı dəmiryol vağzalında gözləyən yük qatarı sürücüsüz hərəkət etməyə başlayıb.
Maşinistin əl əyləcini çəkmədən düşdüyü Kathuada fasilə verən qatara qısa zamanda sürət qazandığı üçün müdaxilə etmək mümkün olmayıb.
Ucçi Bassi Stansiyasının rəsmiləri maşinistsiz təxminən 80 kilometr yol qət edən qatarı relslərə yerləşdirdikləri taxta maneələrlə sürətini azaltmaqla dayandırıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.