Yazını böyüt
Yazını kiçilt
Yunanıstanın “Kathimerini” qəzeti yazıb ki, yunan ordusunun artıq istifadə etmədiyi köhnə sistem və texnikanın Ukraynaya köçürülməsi üçün lazımi göstərişlər verilib.
Hafta.az-ın yazdığına görə, bu qərar ABŞ rəhbərliyinin Türkiyəyə yeni F-16, Yunanıstana isə F-35 döyüş təyyarələrinin satışını təsdiqlədiyini açıqladıqdan sonra həyata keçiriləcək. Qəzet ABŞ-ın dövlət katibi Antoni Blinkenin Yunanıstanın baş naziri Kiriakis Mitsotakisə məktub göndərərək, Vaşinqtonun 200 milyon dollarlıq yardımı müqabilində Ukraynaya silah təhvil və ya satmağı təklif etdiyini açıqlayıb. Açıq mənbələrə görə, Yunanıstanın Tor, Osa, S-300 hava hücumundan müdafiə sistemləri, həmçinin ZU-23-2 zenit silahları var.