Yunanıstanda “Nizami Gəncəvi-880” adlı fotosərgi təşkil edilib

11:04 13.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 10-12 dekabr tarixlərində "Nizami ili" çərçivəsində Yunanıstanın Saloniki şəhərində “Nizami Gəncəvi-880” adlı fotosərgi təşkil edib.

Hafta.az-ın yazdığlna görə, bu barədə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov məlumat verib. Tədbirdə yunan tarixçi Sokrat Angelidis tərəfindən Nizami irsinin yunanca təqdimatı keçirilib. Daha sonra 2022-ci təqvim ili üçün Nizaminin aforizmlərindən ibarət illik təqvimin nəşri təqdim olunub, küçə və yollarda broşüralar paylanılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib və bununla bağlı silsilə tədbirlər həm ölkədə, həm də ölkəmizdən kənarda davam etməkdədir.