“Yuventus” “Milan”ın futbolçusunu transfer edib

14:21 05.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın “Yuventus” komandası “Milan”dan Pyer Kalulunu birdəfəlik transfer edib.

Hafta.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

Fransalı oyunçu ötən mövsümü icarə əsasında Turin təmsilçisində keçirib.