Yuxarı Lars yük maşınları üçün bağlandı

22:48 07.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya gedən ağır yük maşınları üçün bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobill Yolları Departamentinin məlumatında deyilir.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb. Keçid minik avtomobilləri üçün açıqdır”, - deyə bildirilib.

Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan vasitəsilə) birləşdirən yeganə quru yoludur.