Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb

15:08 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

19.08.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən batan şəxsin meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.