Sosial şəbəkədə fəal istifadəçilər arasında sorğu keçirdik. Yüz min manatınız olsaydı nə edərdiniz? – sualımıza rəngli cavablar gəlib. Sorğumuzda əsasən gənclər aktivlik nümayiş etdirib. Onların arasında kasıblara əl tutmaq istəyən də var, ev almağı düşünən də. Hətta hər gününü kef-damaqda keçirmək istəyəndə...
Hafta.az sorğu iştirakçılarının ən maraqlı cavablarını olduğu kimi təqdim edir:
Orxan Əfəndizadə: “100 min manatım indi də var. Hamısı otellərə, istirahət mərkəzlərinə xərclənir. İl ərzində elə ay yoxdur ki, gəzməyə getməyim...”.
Anar Rəsul: “Tam səmimi cavab verəcəyəm – bir neçə yoxsul ailəni himayəmə götürərdim”.
Azər Qasımov: “Daşınmaz əmlak alardım. Yerdə qalan pula istirahət edərdim”.
Elşən İsmayıl (rejissor): “Kino şirkəti açardım. Milli mövzulu keyfiyyətli filmlərin istehsalına başlayardım”.
İlqar Türkman: “Ukraynaya gedərdim. Sarışın qızlar, buz kimi çex pivəsi...”.
Əbülfəz Babazadə (mədəniyyət işçisi) : “Həmvətənlərimin davamlı xeyri üçün bir işə sərmayə qoyardım”.
Akbars Akaydın (araşdırmaçı): “İsraildən və ya hər hansı xristian ölkəsində balaca ev alıb yerdə qalan pula özümə iş qurardım”.
Vüsalə Abidova: “Bakının mərkəzində özümə ev alardım”.
Coşqun Dövlətov: “Bir məkan götürərdim. Obyekt. Altını “moyka” edərdim, üstünü çayxana. Azərbaycansayağı bir məkan açardım...”.
Nicat Ağayev (yutuber): “Özümə səsyazma studiyası açardım. Özümü reklam edib məşhurlaşardım”.
Nigar Cəfər: “Yeyib yatardım”.
Vüsal Murtuzəliyev: “Tam səmimi deyim ki,bir neçə istedadlı savadlı kasıb tələbənin və övladlarımın yaxşı təhsil almasına xərcliyərdim.Təbii ki bu məbləğ bəs edərsə.Ən yaxşı kapital insana qoyulan kapitaldı”.
Elnur Uğur: “Hər şairə 100 manat verərdim”.
Çalğın Məhəmməd (şair): “50000 verib Yasamalda bir babət ev alardım. O biri 50000 özümə bir arvad alardım”
Arzu Murad (yazar): “Ürəyim partlayardı yəqin...”
Arzuman Ağdabanlı (şair): “Elə də böyük məbləğ deyil ki, nəsə etmək olsun. Sıfırın birini də artır düşünək...”.
Qələndər Xaçınçaylı (şair): “Bu qədər pulum olsaydı"novostroyka"dan 3 otaqlı bir mənzil alıb 62 yaşımda evsizliyin daşını atardım”.
Arzu Rüstəm (yazar): “Ancaq oğlumun və qızımın təhslinə, geyiminə, yaşayışına xərcləyərdim”.
İsmayıl Abbasov: “Şəhər kənarında bir ev alardım, yüngül bir avtomobil və kiçik bir obyekt gündəlik dolanmaq üçün gəlir gətirsin”.