Yüzlərlə rusiyalı Türkiyədə daşınmaz əmlaka görə pul itirib

10:05 28.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya mətbuatı Türkiyədə immiqrasiya siyasətinin sərtləşdirilməsinin ölkədə bahalı daşınmaz əmlak alan Rusiya vətəndaşlarını çətin vəziyyətdə qoyduğuna diqqət çəkib.

Hafta.az-ın “Moskva Tayms” qəzetinə istinadən yazdığına görə, xəbərdə qiymətlərin düşməsindən sonra yüzlərlə Rusiya vətəndaşının Türkiyədəki daşınmaz əmlakına sahib olmaq cəhdinin uğursuzluğa düçar olduğu, həmin evlərin “super bahalı mal anbarına” çevrildiyi bildirilib.

Türkiyə Ukraynada müharibənin başlamasından sonra xaricə gedən Rusiya vətəndaşları üçün ən populyar ölkələrdən birinə çevrilib. Ötən il təxminən 100 min Rusiya vətəndaşı Türkiyəyə getdiyi halda, ölkədə xaricilər arasında ən çox daşınmaz əmlakı ruslar alıb.

Ötən ilin noyabrında Rusiya vətəndaşlarının Türkiyədəki daşınmaz əmlak alışları oktyabr ayı ilə müqayisədə 11 faiz azalıb.