“Xankəndi İqtisadi Zirvəsi Qələbəmizin legitmliyinin İran daxil 10 dövlət tərəfindən tanınmasıdır. İki qlobal savaşın əhatəsində təhlükəsizlik adasına çevrilən ölkəmiz tarixində heç vaxt indiki qədər imperiya varisi olan dövlətlərin - Rusiya, qardaş Türkiyə və İran xalqının taleyini əmanət edəcəyi məkana çevrilməyib”.
Hafta.az xəbər verir ki, bu sözləri Milli Məclisisn bugünkü iclasında deputat Zahid Oruc deyib. Qeyd edib ki, Qarabağ bütün mövcudluğu tarixində heç vaxt indiki qədər sülh, quruculuq və beynəlxalq siyasət paytaxtına çevrilməyib.
Deputat bildirib ki, Xankəndi şəhəri sovetlərin son 70 ilində demoqrafik, iqtisadi və siyasi baxımdan erməni planlarına, gələcək separatizm və düşməniçilik ünvanına, Prezidentin dediyi kimi, “zəhər yuvası”na dönmüşdü, nəinki 7 rayonun, bütövlükdə milli dövlətimizin altına qoyulan siyasi mina idi:
“İlham Əliyevin liderliyi ilə qazandığımız parlaq Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də onun strateji səbri ilə 44 günlük Zəfərdən sonra ən azı iki əsrdə aparılan milli azadlıq hərəkatının ədalətli sonudur. 90-cı illərdə SSRİ-nin dağılması ilə əldə etdyimiz müstəqillik natamam idi. 2020-23 cü illərdə Şuşa-Xankəndi yolunda ordumuzun qalibiyyət yürüşünün durdurulduğunu iddia edənlər, nəhayət, bir liderin strateji səbrinin və planlarının zirvəsini gördülər. İlham Əliyevin məqsədi təkcə torpaqların işğalına son qoymaq və ikinci erməni dövlətini iflasa uğratmaq deyildi. Unutmayaq ki, nə Osmanlı və Rusiya imperiyası, nə də şah İranı dövründə istər Qarabağ, istərsə də Azərbaycan indiki qədər azərbaycanlıların müstəsna sərəncamında olmayıb. Ölkəmizin yaxın, uzaq paytaxtlardan idarə olunması, o cümlədən, general-qubernatorlara tabe edirilməsi separatizmdən daha böyük işğal idi. Sovet hakimiyyəti yarananda Azərbaycan SSRİ-yə rəhbərlik edən qeyri-millətlərin təmsilçiləri Kirov, Mirzoyan, Qikalo, Polonski və Rubenovu bir daha xatırlayanda 2025-ci ilin Azərbaycanının daha nələrdən qurtulduğunu çox aydın görürük”.
Z.Oruc bildirib ki, Xankəndi Zəfəri təkcə ərazi və siyasi bütövlük hadisəsi deyil, həm də ermənilərin ərazini könüllü tərk etməsi ilə, İrəvanda hakimiyyət dəyişikliyi planlarına qoşulmaları səbəbindən Azərbaycanın çoxsərlik tarixində ilk dəfə erməni məsələsi milli dövlət ərazimizdən kənara çıxarıldı:
“İndi İrəvanın taleyi Bakıda həll olunur. Bizə görə, əsil müstəqillik və milli azadlıq son 5 ildə qazandığımız qələbələrdir, İlham Əliyev isə təkcə Qarabağın deyil, həm də Azərbaycanın xilaskarıdır”.