Zakir Həsənov Hulusi Akarla danışdı

22:21 29.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı baş tutub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar məsələləri müzakirə ediblər.