Zakir Həsənov Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə Türkiyə müdafiə nazirini məlumatlandırıb

15:49 19.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, general-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Yaşar Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.