Zakir Həsənov Türkiyə, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib -FOTO

14:10 24.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, "Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təlfif olunması barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

Siyasət rubrikasından digər xəbərlər