Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb

22:20 25.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.


MN-dən hafta.az-a bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

 

 

Siyasət rubrikasından digər xəbərlər