Zaqatalada mənzildə yanğın olub

09:49 04.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada mənzildə yanğın olub.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Kəpənəkçi kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.