Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür

13:51 22.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina sökülür.

APA xəbər verir ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Artıq bina sakinlərinə müvafiq kompensasiya ödənilməsi prosesi başa çatdığından binanın sökülməsi prosesinə başlanılıb.

Oxunma sayı 1477