“Zəfər” altsisteminə 245 minədək şəxsə dair məlumat daxil edilib

17:29 25.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Zəfər” altsisteminə ötən dövrdə aidiyyəti qurumlar tərəfindən 245 minədək şəxsə dair məlumat daxil edilib.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Zəfər” altsistemi qurumlara şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərinin həyata keçirilməsi işlərində çevik məlumat mübadiləsinə, bu işlərin daha operativ, sistemli, məqsədəuyğun təşkilinə imkan verir.

Eləcə də şəhid ailələri və müharibə iştirakçıları barədə məlumatlar həmin altsistemə daxil edildiyi anda onlara e-sistem üzərindən proaktiv qaydada sosial ödəniş təyinatları aparılır.

Oxunma sayı 83