Zəhərlənmə ilə bağlı araşdırmalara BAŞLANILDI

18:17 05.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara rayonunda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə hafta.az-a agentlikdən məlumat verilib.

Bildirilib ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.

***

Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi olub.

Hafta.az xəbər verir ki, 05.09.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən verilən məlumata görə, onlara zəruri tibbi xidmət göstərilib.

Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.