Zelenski Avropa ölkələrinə səfərini əks-hücum üçün hazırlıq adlandırıb

19:22 15.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun Avropa ölkələrinə səfəri ölkə Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlığının bir hissəsidir. Bu barədə onun saytındakı yazıda deyilir.

“İtaliya, Almaniya, Fransa və Böyük Britaniyaya səfərlər zamanı ölkəmizin müdafiə dəstəyi ilə bağlı mühüm razılaşmalar əldə olunub. Avropa paytaxtlarına səfərlərin prioriteti Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi üçün cəbhədəki aktiv əməliyyatlarına hazırlıqdır”, - deyə Ukrayna lideri bildirib.

O, həmçinin əlavə edib ki, avropalı siyasətçilər ilə görüşlər zamanı Kiyevi təchiz etmək üçün döyüş təyyarələri koalisiyasının yaradılması və NATO-nun Vilnüs sammitinə hazırlıq məsələləri müzakirə olunub.