Zelenski boş vaxt tapanda nə ilə məşğul olur?

14:36 31.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İki ilə yaxındır ki, Ukrayna prezidenti Vladimir Zelenski xalqla birlikdə Rusiyanın təcavüzünə qarşı mübarizə aparır və ölkəsinin müstəqilliyini müdafiə edir. Özünün də dəfələrlə dediyi kimi, praktiki olaraq boş vaxtı yoxdur, buna görə də ailəsini nadir hallarda görür. Bununla belə, o, hələ də idmana vaxt tapmağa çalışır. Bu ona özünü yaxşı formada saxlamağa imkan verir.

“Düzünü desəm, mən hələ də özümə qulluq etməyə, bir az idmanla məşğul olmağa çalışıram”.

Hafta.az xəbər verir ki,  Zelenski bunu Prezident Aparatının “YouTube” kanalında dərc olunmuş alman jurnalistə müsahibəsində söyləyib.

O bildirib ki, harada olur-olsun, idmana vaxt ayırmağa çalışır. Bu, gündə 40 dəqiqədən bir saata qədər çəkə bilər.

"Çalışıram ki, istənilən hərəkətə 40 dəqiqə - maksimum bir saat vaxt ayırım. Açığını deyim ki, sadəcə gəzmək imkanım yoxdur, ona görə də hər yerdə idman etməyə böyük tələbatım var. Hətta burada da etməyi bacarıram. Yalnız bir şey vacibdir - səhər və ya gecə gec, bir ofisdən digər ofisə qayıdanda tənbəlliyə qalib gəlmək”, - deyə Prezident əlavə edib.