Yazını böyüt
Yazını kiçilt
Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya Ukraynanın sürətli şəkildə daxil olması ilə bağlı müraciəti təsdiqləyən sənədi imzalayıb.
Hafta.az bildirir ki, Zelenskinin ofisinin saytında dərc olunan bu fərman Ukrayna prezidenti, Ukrayna Ali Radasının sədri və Ukraynanın baş nazirinin Şimali Atlantika Müqaviləsi Təşkilatına birgə müraciətini qəbul edir.
Xatırladaq ki, Zelenski bir müddət əvvəl Ukraynanın NATO-ya sürətli şəkildə üzv olmaq üçün müraciət etdiyini bildirmişdi. Eyni zamanda, “The New York Times” yazıb ki, Ukraynanın NATO-ya qəbulu prosesi “bir neçə aydan bir neçə ilə qədər” çəkə bilər, çünki ölkədə hərbi əməliyyatlar davam etdiyi bir vaxtda blok Ukraynanın üzvlüyünə imkan verməyəcək.