Zelenski Polşaya səfər edəcək

14:01 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski tezliklə Varşavaya səfər edə bilər. Bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.

Yablonski Ukrayna prezidentinin səfərinin yaxın vaxtlarda baş tutacağını bildirib, lakin eyni zamanda “tələsməməyə” çağırıb.

O, Zelenskinin gəlişinə hazırlıqların gizli saxlanılacağını vurğulayıb. Polşa xarici işlər nazirinin müavini bu qərarı təhlükəsizlik mülahizələri ilə izah edərək, "Əlbəttə, biz bu səfəri adətən olduğu kimi elan etməyəcəyik" deyib.

Oxunma sayı 95