Qırıcı təyyarələrin Ukraynaya verilməsi qərarı Rusiya Federasiyası ilə müharibənin gedişini həll edə bilər. Kiyev bu addımı Qərb müttəfiqlərindən gözləyir.
"Bizim buna həqiqətən ehtiyacımız var və prezident Baydendən xahiş edirik ki, Birləşmiş Ştatlar ukraynalı pilotların təliminə başlaya bilsin. O, mənə dedi ki, onlar bununla məşğul olacaqlar. İnanıram ki, ABŞ bizə səmanı qorumaq imkanı verəcək", - Ukrayna prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.
Eyni zamanda o qeyd edib ki, bu qərar çox çətin olsa da, Ukrayna bunu gözləyir, çünki müharibənin gedişini məhz qırıcıların tədarükü həll edə bilər.
"Mən Baydenə dedim ki, bu təyyarələrə ehtiyacımız var, onlar özümüzü qorumaqda bizə kömək edəcəklər. Ona görə də onlara təcili ehtiyacımız var", - deyə Zelenski yekunlaşdırıb.