Zelim qızıl, Hidayət isə bürünc medal qazanıb

15:34 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçusu Zelim Tçkayev Çinin Sindao şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançımız final görüşündə Avstriya təmsilçisi Bernd Faşinq üzərində qələbə qazanaraq turnirin qalibi olub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Eyni çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov isə üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanaraq bürünc medal əldə edib.