Yazını böyüt
Yazını kiçilt
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı tarixə düşüb.
Hafta.az FİFA-nın saytına istinadən xəbər verir ki, mundial turnir tarixinin azarkeş sayı üzrə rekordunu yeniləyib.
Qrup mərhələsinin başa çatmasına bir tur qalmış stadionlara ümumilikdə 3 milyon 605 min 357 tamaşaçı gəlib. Beləliklə, 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında qeydə alınmış 3 milyon 587 min 538 nəfərlik rekord geridə qalıb.