Zərdabda əməliyyatdan sonra vəfat edən 18 yaşlı qızın ÖLÜM SƏBƏBİ BİLİNDİ

16:12 05.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Zərdab Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra dünyasını dəyişən xəstənin hemodinamik göstəriciləri norma daxilində olub".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Bildirilib ki, 4 sentyabr 2024-cü il tarixində saat 17:00-da 2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

"Diaqnostik və laborator müayinələr aparıldıqdan sonra xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub. Daha sonra xəstə qənaətbəxş vəziyyətdə cərrahiyyə şöbəsinə köçürülüb. Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub.

Saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", - deyə qurumdan bildirilib.