Zərdabda ev yandı

10:37 05.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdabda ev yanıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zərdab rayonunun Məlikli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 9 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.