Zərdabda karantin qaydalarının pozulduğu şadlıq sarayı aşkarlanıb

16:07 20.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarına riayət olunmasına nəzarət məqsədilə keçirdikləri tədbirlər nəticəsində pozuntu halının baş verdiyi şadlıq sarayını müəyyənləşdiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildiriblər ki, yoxlamalar zamanı “Natiq” şadlıq sarayında keçirilən toy məclisinin “icaze.e-gov-az” saytında qeydiyyatdan keçirilmədiyi aşkar olunub.

Qayda pozuntusu ilə əlaqədar şadlıq sarayına cavabdeh olan Səmid Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.