Zəvvarların ikinci qrupu Həccə gedir

10:25 30.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycandan zəvvarların ikinci qrupu Həcc ziyarətinə yola düşür.

 

Bu barədə hafta.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, qrupa 180 zəvvar daxildir.

 

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib. Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşür, iyulun 19-20-si isə geri dönəcəklər.

Oxunma sayı 93