Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

18:00 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Eyni zamanda bütün məlumat sürət tablolarından “Güclü külək” işarəsi də götürülüb", məlumatda deyilir.