“Fazil Mustafaya qarşı tərədilən sui-qəsd terror aktıdır. Bu, Milli Məclisin timsalında Azərbaycan dövlətinə qarşı yönəlib. Məqsəd Azərbaycanda xof yaratmaq, təhlükəli vəziyyətin yaranması ilə bağlı siqnallar verməkdir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin 4 aprel iclasında deputat Əli Mənsimli bildirib. İranın ölkəmizdə casus şəbəkəsinin və Fazil Mustafaya qarşı güllə atanların həbsini qeyd edən Ə.Məsimli bildirib ki, bu proses həmin qüvvələrin sonuna çıxmasına qədər davam edəcək.
Deputat Aprel döyüşlərinə də qısa nəzər salıb:
“4 günlük müharibədən 7 il keçir. Aprel döyüşləri sonrakı mərhələrlərdə Azərbaycan Ordusunun qələbələrinə yol açan bir yoldur”.
Ə.Mənsimli nəhayət Ermənistanın sülhə gəlməsinin bu dövlətin özü üçün zəruri hesab edib. Bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməsə, 44 günlük müharibədə düşdüyü vəziyyətdən də pis vəziyyətə düşəcək.
“Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz torpaqlarını işğaldan azad etdi. Artıq ermənilərin havadarlarına da mesaj vermək lazımdır ki, dağıtdıqları daşları yığsınlar”.