Yazını böyüt
Yazını kiçilt
“Bu gün Fransanın Cənubu Qafqazda yeni aqressiv münasibətlərin təzahürləri müşahidə olunur. Məhz Ermənistanla bağlanan hərbi müqavilə də regionda balansın pozulmasına yönəlib”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Turan Gəncəliyev deyib.
Deputat hesab edir ki, Frasanın Cənubi Qafqazda aqressiyasını ifşa edən tədbirlər keçirməklə, bu ölkənin yeni müstəmləkəçilik siyasəti ortaya qoyulmalı və bundan əziyyət çəkən dövlətlərə dəstək nümayiş olunmalıdır.
“Fransanın beynəlxalq təşkilatlarda apardığı siyasəti pisləməliyik. Fransa BMT TŞ üzvü olmağa layiq deyil, sülhə töhfə vermir, əksinə təhlükə yaradır”.