Yazını böyüt
Yazını kiçilt
Ağsuda şirkətdən oğurluq edən qohumlar tutulub.
Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Noyabr ayında rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birindən kondisionerlərin oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər, həmin şirkətdə çalışan Fərid Mütəllimzadə və onun qohumu Hüseyn Mirzəyev saxlanılıb.