“Makarov” satmaq istəyən şəxs saxlanılıb

16:14 07.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.

Bu barədə hafta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, nətcədə Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə məhkum olunmuş 1981-ci il təvəllüdlü Balakişiyev Adil Əşrəf oğlundan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3000 manata satmaq istədiyini bildirib. Saxlanılan şəxslər barəsində 13-cu Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.