"14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”

18:00 14.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura üzvləri, YAP rayon təşkilatının sədri Qafar Əliyev, icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov 14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli Liderin Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını  qeyd edib. Bildirib ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

YAP rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayandığından və  ölkə rəhbəri, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara imza atacağından danışıb.

İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Ulu Öndər Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərini qeyd edərək, o dövrün Azərbaycanda intibah dövrü olduğunu bildirib.  Çıxışının yekununda Heydər Əliyevi tək Azərbaycanın deyil, eyni zamanda dünya azərbaycanlılarının lideri kimi xarakterizə edib.

Tədbirdə çıxış edən Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və 106 nömrəli tam orta məktəbin tarix müəllimi Mehman Əhmədov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildiriblər. Qeyd etdilər ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.

Sonda İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini xalqımızın dönüş tarixi kimi səciyyələndirib. O, Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi başladığını, bütün dövrlərdə gücünü, dərin zəkasını xalqının yolunda sərf edən Heydər Əliyevin daxili və xarici təzyiqlərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir.

Siyasət rubrikasından digər xəbərlər