Taksidə gedişhaqqı 150 faiz arta bilər

11:35 26.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada artan yanacaq çatışmazlığının taksi qiymətlərinin artmasına səbəb olacağı gözlənilir. Taksi sektorundakı mütəxəssislər benzin və dizel yanacağının qiymətlərinin artmasının nəqliyyat şirkətlərinin xərclərinə birbaşa təsir etdiyini və bunun qiymətlərdə öz əksini tapacağını bildirirlər.

Hafta.az yazır ki, Taksi İnkişafı üzrə İctimai Şuranın rəhbəri İrina Zaripovanın sözlərinə görə, yanacaq taksi parkları üçün ən böyük xərc maddələrindən biridir. Buna görə də, yanacaq qiymətlərinin artması sektorun xərclərini artırır və daha da qiymət artımlarına yol açır.

Mütəxəssislər 2026-cı ilin sonuna qədər taksi səfərinin orta qiymətinin 30 faizə qədər arta biləcəyini proqnozlaşdırırlar. Bu artıma təkcə yanacaq deyil, həm də nəqliyyat vasitələrinin qiymətləri, texniki xidmət xərcləri, ehtiyat hissələri, sığorta xərcləri və yerli istehsal olan nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı yeni qaydalar təsir göstərir.