Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniyada monarxın şəxsi vergi ödənişləri ilk dəfə olaraq ictimaiyyətə açıqlanıb. Bukingem sarayının bəyanatında bildirilir ki, 2022-ci ildə taxta çıxdığı vaxtdan bəri Kral III Çarlz 30 milyon funt sterlinqdən (40 milyon dollar) çox vergi ödəyib.
Hafta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Kral vəzifəsinin icrasına başladıqdan sonrakı iki tam vergi ili ərzində əlahəzrətin vergi ödənişləri müvafiq olaraq 2023-2024-cü illərdə 11.7 milyon funt sterlinq, 2024-2025-ci illərdə isə 12.9 milyon funt sterlinq təşkil edib", - deyə bəyanatda qeyd olunur.