ABŞ-nin Prezidenti Donald Tramp Vaşinqtonla Tehranın nüvə proqramı ilə bağlı yaxşı bir razılaşma bağlaya biləcəyini deyib
“Biz İranla çox yaxşı bir razılaşma əldə edə bilərik”, – deyə Tramp qeyd edib və Tehranın da “razılaşma istədiyini” vurğulayıb.
Hafta.az xəbər verir ki, o, bu mövqeyini "Axios" portalına verdiyi müsahibədə səsləndirib.
Bundan əlavə, Tramp ABŞ-İran danışıqları nəticəsində razılaşmanın əldə olunmasını İsrailin baş naziri Benyamin Netanyahu-nun da istədiyinə əmin olduğunu bildirib.
Yanvarın 26-da Vaşinqtonda İran istiqamətində “nəhəng bir armadanın” hərəkətə keçdiyi açıqlanmışdı. ABŞ tərəfi Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” razılaşma bağlayacağına ümid etdiyini bildirmişdi. Eyni zamanda ABŞ-də xəbərdarlıq olunmuşdu ki, 2025-ci ilin yayında İslam Respublikasına endirilən zərbələrə işarə edilərək “növbəti hücum daha ağır olacaq” və buna yol verilməməsinə çağırış edilmişdi.
İranın nüvə proqramı ətrafında yaranmış böhranın tənzimlənməsi ilə bağlı ABŞ və İran arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtında keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.