"ABŞ və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istəyirik" - İrakli Kobaxidze

11:15 12.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə münasibətləri maksimal şəkildə dərinləşdirmək bizim marağımızdadır, həm amerikalı tərəfdaşlardan, həm də Avropa İttifaqının nümayəndələrindən bu istiqamətdə cavab addımlarını görməyimiz bizim üçün vacibdir".

Hafta.az-ın yazdığına görə. bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etdiyi Berlində jurnalistlərə açıqlayıb. O, sanksiyaların ölkə, xalq üçün təhqiramiz olduğunu və tərəfdaşlıq ruhuna uyğun gəlmədiyini bildirib.

“İlk növbədə qeyd etmək istərdim ki, sanksiyalar qeyri-ciddidir, eyni zamanda, ölkəmiz və xalqımız üçün təhqiramizdir. Bu, bizim tərəfdaşlıq ruhumuza uyğun gəlməyəcək. Ümid edirəm ki, sonda hər şeyə yenidən baxılacaq. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə münasibətləri maksimal dərinləşdirmək istəyirik. Bu, gürcü xalqına və gürcü dövlətinə düzgün münasibət olardı. Mən hamını praqmatik addımlar atmağa, xalqımıza düzgün və ədalətli münasibət göstərməyə çağırıram”, - deyə İrakli Kobaxidze açıqlayıb.